Продаётся 4-комн. дом/дача 120 м², пос. Мехтиабад
🏠 MEHDİABADA MƏKTƏBƏ YAXIN, MODERN ÜSLUBDA KUPÇALI HƏYƏT EVİ!
Mehdiabad qəsəbəsinin ən əlverişli və tələb olunan ərazisində – 1 nömrəli və 4 nömrəli məktəblərin tam arasında, Şıxəli Qurbanov küçəsində şəxsi həyət evi satılır!
✅ ƏSAS ÜSTÜNLÜKLƏR:
Sahə: 2.5 sot torpaq sahəsi, 120 kv.m tikili sahəsi.
Otaq sayı: 4 geniş və işıqlı otaq (1 mərtəbəli).
Kürsülü Tikili: Ev 6 daş kürsülüdür. Bu, evin yerdən hündür, rütubətsiz və qışda isti olmasını təmin edir. Evin altında artıq əşyalar üçün əlverişli saxlama sahəsi (paxır) mövcuddur.
Həyət: Geniş həyətinə 4 maşın rahatlıqla daxil olur. Həyət tamamilə müasir tamet daşları ilə döşənib, bar verən 2 əncir ağacı var.
Kommunal: Qaz, su, işıq daimidir. Ən əsası – Mərkəzi Kanalizasiya Sistemi mövcuddur (quyularla bağlı problem yoxdur!).
İstilik: Kombi sistemi quraşdırılıb.
Yol: Evə gələn yol tam asfaltdır.
📄 SƏNƏD MƏSƏLƏSİ:
Torpağın Çıxarışı (Kupçası) var.
Evin kupçası isə birbaşa alıcının adına çıxarılacaq (Sənədləşmə tam qaydasındadır).
📍 LOKASİYA:
Məktəblərə, bağçaya və marketlərə piyada məsafəsindədir. Ailəli şəxslər üçün ideal seçimdir. Giriş dar olsa da, maşın rahatlıqla daxil ola bilir.














































































































